HƏMAS bu strukturlarına yeni rəhbərlər seçib

09:28 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağı və Qərb sahilindəki strukturlarına yeni rəhbərlər təyin edib.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Məlumata görə, HƏMAS-ın keçmiş informasiya rəhbəri Əli əl-Əmudi Qəzza zolağındakı hərəkatın rəhbəri seçilib. Zaher Cabarin isə Qərb sahilində HƏMAS fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Bundan əvvəl HƏMAS Xəlil əl-Heyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini açıqlamışdı.

Qeyd edək ki, HƏMAS-da rəhbərlik vəzifəsi Yəhya Sinvarın 2024-cü ilin oktyabrında İsrailin Rəfah şəhərinə endirdiyi zərbə nəticəsində öldürülməsindən sonra boş qalmışdı.